"Betis" Xoakin Sançezlə müqaviləni yeniləyib

"Betis" Xoakin Sançezlə müqaviləni yeniləyib

İspaniyanın "Betis" klubu futbolçusu Xoakin Sançezlə müqaviləni yeniləyib. Klubun saytında yer alan xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayına qədər Sevilya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, komandanın kapitanı olan Xoakin "Betis"in yetirməsidir. "Valensiya", "Malaqa" və "Fiorentina" kimi klublarda da çıxış edən təcrübəli futbolçu 2015-ci ildə yenidən doğma komandasına qayıdıb. İspaniya millisində 51 oyun keçirən futbolçu 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə