Bu il gənclər və idman sahələrində hansı tikinti işləri aparılıb?

Bu il gənclər və idman sahələrində hansı tikinti işləri aparılıb?

2017-ci ildə gənclər və idman sahələrində aparılan tikinti işləri ilə bağlı hesabat açıqlanıb. Bu haqda SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hesabat dövründə Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılıb və bu obyektlər istifadəyə verilib. Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilib.

Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, Şəki şəhərində, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları inşa edilib, cari ildə Bakıda təşkil edilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar müvəqqəti konstruksiyalardan istifadə etməklə Azadlıq meydanında PİT binasının və digər bina, konstruksiyaların, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi obyektlərdə konstruksiyaların tikinti-quraşdırma işləri aparılıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə