Binə Atçılıq Mərkəzində, Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, final mərhələsində əvvəlcə 3-cü yerin sahibi məlum olub. “Ağcabədi” komandası “Ağstafa” kollektivini 3:0 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb.
Ardınca isə final oyunu keçirilib. Meydana “Sərhədçi” və “Polad” komandaları çıxıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib-1:1. Əlavə vaxtda isə daha inamlı çıxış edən “Sərhədçi” komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılaraq Prezident Kuboku turnirinin qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB