"Bavariya"nın qış transfer pəncərəsində heyətinə qatdığı ilk futbolçu bəlli olub. SİA-nın məlumatına görə, Münhen klubu "Hoffenhaym"ın forvardı Sandro Vaqneri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözügedən transfer üçün "Bavariya" 13 milyon avrosundan keçib. Vaqnerlə 2020-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı Vaqner Almaniya yığmasının üzvüdür. Forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya - Azərbaycan (5:1) matçında millimizin qapısına bir qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB