“Qarabağ” “Şinnik”lə qarşılaşacaq

“Qarabağ” “Şinnik”lə qarşılaşacaq

Qış toplanışını Antalyada keçirəcək “Qarabağ”ın yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi Rusiyanın birinci divizionunda çıxış edən “Şinnik”lə üz-üzə güləcək.

Yaroslav klubunun saytı yazır ki, yoldaşlıq görüşü yanvarın 30-da keçiriləcək.

Yanvarın 23-dən fevralın 4-ə kimi Antalyada hazırlıq keçəcək “Şinnik” Azərbaycan çempionu ilə yanaşı, Bolqarıstan “Dunav”ı ilə də üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" yanvarın 9-da Türkiyəyə yollanacaq. Ağdam təmsilçisinin qardaş ölkədə 5 və ya 6 yoxlama oyunu keçirməsi gözlənilir. Yanvarın 20-də "Qarabağ" Polşa “Legiya”sını sınağa çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə