Robinyodan Ronaldinyoya dəstək

"Milan"ın transfer pəncərəsinin son günlərində heyətinə qatdığı Robinyo komanda yoldaşı Ronaldinyonun transferi ilə əlaqədar olan dedi-qodulara son qoyub. SİA-nın məlumatına görə, braziliyalı ulduz Robinyo Ronaldinyonun komandadan ayrılmaq fikri olmadığını söyləyib. Ronaldinyo haqqında danışan Robinyo belə deyib: "Artıq Ronaldinyonun Amerikaya getməsi ilə əlaqədar xəbərlərə son vermək lazımdır. Çünki o, mənimlə birlikdə burda qalır. O, bir çempion olmaya bilər, amma bir liderdir və bizim ona ehtiyacımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə