Milli komandamız "Xetafe" ilə heç-heçə edib

Milli komandamız "Xetafe" ilə heç-heçə edib
Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məsqsədilə İspaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız "Xetafe" klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Ruslan Bədəlov fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə