"Mançester Siti"dən Messiyə transfer təklifi

"Mançester Siti"dən Messiyə transfer təklifi

"Barselona" ilə müqaviləsinin müddətini 2021-ci ilədək uzadan Lionel Messiyə daha bir təklif gəlib. SİA-nın məlumatına görə, "Mançester Siti" argentinalı ulduza transfer təklifi edib.

"Marka"nın iddiasına görə, Pep Qvardiola "Barselona"da rəhbərliyi altında oynamış futbolçunun transferində israrlıdır. Xəbərdə bildirilir ki, "şəhərlilər" Messiyə 100 milyon avro imza haqqı, illik 50 milyon avro maaş verməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə