Ernesto Valverde: “Ardanın oynaması mənim qərarıma bağlıdır"

"Barselona"da heç bir oyunda heyətdə yer almayan Arda Turan haqqında komandanın baş məşqçisi daha bir açıqlama verib. SİA-nın məlumatına görə, Ernesto Valverde bu haqda Çempionlar Liqasının "Sportinq"lə matçından öncə mətbuat konfansında danışıb.

O, Ardanın heyətə düşə bilmə şansları haqqında fikirlərini bildirib: "Arda Turan komandanın bir futbolçusudur və yoldaşları ilə eyni fürsətə sahibdir. Ardanın oynaması onun çalışmasına və mənim qərarıma bağlıdır".

E.Valverde zədəlilərin olacağı halda qışda yeni tranansferlər haqda düşünə biləcəklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə