"Milan"ın sabiq qaıçısı Kristian Abbyati komandanın baş məşqçisi postuna Cennaro Qattuzonun gətirilməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, veteran qolkiper bunları qeyd edib: "Qattuzo düzgün seçimdir. O, "Milan"ın DNT-sinə bələddir. Əlbəttə, 4-5 məşq çox şeyi dəyişməyə imkan vermir. Amma Cennaro öz ideyalarını - maksimal sürətdə oynamağı, istəyi futbolçulara yeridəcək. Futbol bizə asan oyunların olmadığını öyrədir. Nəticələr gəlməyəndə özünəinam də azalır. Fikrimcə, son vaxtlar komandada çatışmayan cəhət elə budur. Biz bir sıra keyfiyyətli futbolçular transfer etdik. Amma 5 ay ərzində onlar özlərini göstərə bilmədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB