Dünya mətbuatı: “Türkiyə millisi rəzil oldu” və ya “Berti Foqts hollandiyalı Hiddinkin yetirmələrini meydandan sildi”
Futbol üzrə Türkiyə milli komandasının AVRO 2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana surpriz məğlubiyyətinə dünya mediasında geniş yer verilib. SİA dünya mətbuatında yayımlanan matçla bağlı xəbərləri qısa şəkildə nəzərinizə çatdırır:
AFP: "Azərilər türkləri şok etdilər. Türkiyənin Azərbaycana sürpriz məğlubiyyəti ay-ulduzlulara AVRO 2012-nin seçimə mərhələsində böyük zərbə vurdu".
Assoşeyted Press: "Azərbaycan Türkiyəni mat qoydu. Rəşad Sadıqov birinci hissədə vurduğu qolla Azərbaycana qalibiyyət gətirdi. Matç boyunca daha çox topa sahib olan Türkiyə millisi çox az qol vəziyyəti yaratdı və qapıçı Kamran Ağayevi keçə bilmədi".
Röyters: "Azərbaycan Hiddinkin Türkiyəsini mat qoydu. Azərbaycana məğlub olan Türkiyənin Avropa Çempionatına qatılma ümidlərinə böyük zərbə endirildi".
ZDF TV: "Türkiyə şokda! Türkiyədə Azərbaycan şoku yaşanır. Berti Fogts Almaniya millisinə Avropa çempionatının qrup mərhələsində böyük yardım göstərdi. Almaniya yığmasının keçmiş baş məşqçisi Fogts qrupun zəif komandası olan Azərbaycanla Türkiyəyə qalib gələrək böyük sürprizə imza atdı".
RTL TV: "ŞOK,ŞOK, ŞOK. Türkiyə millisi rəzil oldu. Pis futbol sərgiləyən Türkiyə səfərdə Azərbaycana məğlub oldu. Qrupda ilk dəfə 3 xala sahib olan və Türkiyəyə ilk dəfə qalib gələn Azərbaycan Almaniyanın "çörəyinə yağ sürtdü"".
Sport 1: "Foqts Türkiyəni rəzil etdi. Azərbaycan qardaş Türkiyəni məğlub edərək ölkəsində böyük sevinc yaşatdı".
Bild: "Berti Foqts hollandiyalı Hiddinkin türklərini meydandan sildi. Türkiyə tanınmayacaq halda pis oyun nümayiş etdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB