İntizam Komitəsi klubları cərimələdi

İntizam Komitəsi klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gündəlikdə duran məsələlər dinləndikdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan I divizionunun VI turunun  "Karvan" – "Şuşa" matçında "Şuşa" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

 Azərbaycan I divizionunun VI turunun  "Neftçi" İSM – "Göyəzən" matçında "Göyəzən" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Matçda yanğınsöndürmə maşını olmadığı üçün meydan sahibi klub 100 (bir yüz) manat cərimə olunur (maddə 63).

Azərbaycan I divizionunun VI turunun  "Energetik" – "Sumqayıt" matçının 62-ci dəqiqəsində "Energetik" klubunun 22 №-li futbolçusu Zamir Cəlilov cərimə meydançasından kənarda əllə oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48). Matçın 90+1-ci dəqiqəsində "Energetik" klubunun 19 №-li futbolçusu Elvin Mədətovun kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48). 

Azərbaycan I divizionunun VI turunun  "Ədliyyə" – "Bakılı" matçında "Bakılı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

 Azərbaycan I divizionunun VI turunun  "MKT Araz" – "Abşeron" matçında "MKT Araz" klubunun klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə