Bu gün qadınlar arasında cüdo üzrə dünya kuboku yarışlarına start verilib. SİA-nın məlumatına görə, yarışlar Bakı İdman Sarayında təşkil olunub.
Bu gün mübarizəyə 48, 52, 57 və 63 kq çəki dərəcələrində olan idmançılar qatılacaq. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Kanada, Çin, İsrail, Hollandiya, Polşa, Belarus, Rusiya, Avstriya, Ukrayna, Gürcüstan və Yunanıstan yığmaları da medallar uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, Dünya Kuboku yarışlarında qalib gələnlər 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Birinci yerə layiq görülənlər 100, 2-ci yeri tutanlar 60, 3-cü yerin sahibləri isə 40 xal qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB