Unsue: "Neymar heç bir məşqçini sevmir"

Unsue: "Neymar heç bir məşqçini sevmir"

Yayda "Barselona"nı PSJ-yə dəyişən Neymar klubun baş məşqçisi Unay Emeri ilə problem yaşayıb. SİA-nın məlumatına görə, Fransa mətbuatı oyunçuya çox yaxın bir mənbəyə istinadən, braziliyalı hücumçunun "Barselona"dakı məşqçisi Luis Enrikeni də sevmədiyini iddia edir.

Bu haqda L.Enrikenin köməkçisi Unsue də fikirlərini bildirib: "Neymar heç bir məşqçini sevmir. "Santos"da oynadığı vaxtda da belə idi. O, Luis Enrikedən və onun iş prinsiplərindən həmişə şikayət edirdi. Meydana daxil olması və əvəzlənməsi xoşuna gəlmirdi".

Unsue Neymara fikrini futbola cəlb etməyi və oyununu düşünməyi məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə