Fransanın “Marsel” klubu müdafiəçi Patris Evranı komandadan uzaqlaşdırıb. SİA-nın məlumatına görə, buna fransalı futbolçunun Avropa Liqasının 4-cü turunda "Gimaraynş"la oyundan əvvəl etdiyi hərəkət səbəb olub.
İsinmə hərəkəti zamanı azarkeşlərdən biri onu təhqir edib. Buna tab gətirməyən P.Evra həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, 36 yaşlı futbolçunu UEFA tərəfindən də ağır cəza gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB