“Qalatasaray” “Gənclərbirliyi”ni darmadağın edib

“Qalatasaray” “Gənclərbirliyi”ni darmadağın edib

Türkiyə Superliqasında 11-ci tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. Lider “Qalatasaray” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib. Oyun “cim-bom”un böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1.
Bununla da xalını 26-a çatdıran İstanbul klubu liderliyini möhkəmləndirib. “Başakşəhər” 20 xalla 2-ci, “Beşiktaş” isə 18 xalla 3-cüdür.

3 noyabr

“Qalatasaray” - “Gənclərbirliyi” 5:1
Qollar:
Mariano, 7, Maykon, 42, Qomis, 46, Cigerçi, 50, Qomis, 81 - Scekiç, 84.

Bütün xəbərlər Facebook səhifəmizdə