Mövsümün ilk El Klassikosunun vaxtı müəyyənləşib

Mövsümün ilk El Klassikosunun vaxtı müəyyənləşib

Mövsümün ilk El Klassikosunun vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, La Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Real” - “Barselona” görüşü dekabrın 23-də oynanılacaq. “Santyaqo Bernabeu”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Qeyd edək ki, 10 turdan sonra “Barselona” 28 xalla çempionatın lideridir. “Real” isə əzəli rəqibindən 8 xal geri qalmaqla turnir cədvəlində üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə