"Atletiko"nun futbolçusu Fernando Torres bu qış Madrid klubunu tərk edə bilər. SİA-nın məlumatına görə, 33 yaşlı hücumçu ona oyunlarda az şans verildiyi üçün bu qərara gəlib. F.Torres artıq Çin və ABŞ-dan göndərilən təklifləri dəyərləndirməyə başlayıb.
Qeyd edək ki, F.Torres 2015-ci ildən "Atletiko"da oynayır. Onun müqaviləsi 2018-ci ilin iyununda başa çatır. D.Kostanın yanvar ayında matçlarda oynamasından sonra F.Torresə daha az şans veriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB