Cüneyt Çakır "Tottenhem" - "Real" matçını idarə edəcək

Cüneyt Çakır "Tottenhem" - "Real" matçını idarə edəcək

Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. UEFA-nın saytında yer alan xəbərə görə, o, "Tottenhem" - "Real" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Emre Eyisoy yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 1-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə