Almaniya millisi İspaniya yığmasına çatıb

Almaniya millisi İspaniya yığmasına çatıb

Futbol üzrə Almaniya milli komandası İspaniya yığmasının rekordunu təkrarlayıb. SİA-nın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub edən Yoahim Lövün komandası sözügedən turnirdə ardıcıl 10-cu qələbəsini qazanıb. Bununla da Almaniya mundialın seçmə mərhələsinin tarixində bunu bacaran ikinci milli komanda olub.

Bundan əvvəl İspaniya millisi DÇ-2010-nun seçmə mərhələsində ardıcıl 10 qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə