Mingəçevirdə 12-13 yaşlı uşaqlar arasında futbol turniri keçirilib

Mingəçevirdə 12-13 yaşlı uşaqlar arasında futbol turniri keçirilib

Azərbaycanda son illərdə digər idman növləri ilə bərabər futbol da sürətlə inkişaf etməkdədir. Milli yığma komandamızın Dünya Çempionatının seçmə mərhələsinin oyunlarında, kulub komandalarımızın Çempionlar Liqsının, Avroliqanın seçmə mərhələsində nümayiş etdirdikləri oyunların səviyyəsinin yüksəlməsi, xüsusilə? "Qarabağ" futbol kulubunun əldə etdiyi tarixi qələbə buna sübutdur.

Bu nəticələrin əldə olunmasında AFFA-nın və Uşaq və Gənclər Futbol Federasiyasının rolu böyükdür. Ümumilikdə respublikamızda futbolun inkişafı uşaq futbolunun inkişafından çox asılıdır. Uşaq futbolçular arasından ən yaxşılarının, istedadlılarının seçilməsi, onların düzgün istiqamətləndirilməsi məqsədi ilə Respublamızın müxtəlif regionlarında AFFA-nın və Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə 12-13 yaşlı uşaqlar arasında futbol turnirlərinin keçirilməsinə başlanıb. İlk belə turnir Mingəçevir şəhərində keçirilib. Yarışda Ağdam, Bərdə, Ağcəbədi, Şəki, Naftalan, Oğuz, Ağdaş və Mingəçevirdən 10 komanda iştirak edib.

Yarışda Bərdə komandası 1-ci yeri, Mingəçevir I komandası 2-ci yeri, Oğuz komandası isə 3-cü yeri tutub. Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə