Rusiyanın qadın voleybolçular yığmasının baş məşqçisi Konstantin Uşakov deyib ki, Bakıda keçirilən Avropa Voleybol Çempionatında favorit komanda yoxdur.
Konstantin Uşakovun fikrincə, hazırda Avropa komandalarının səviyyəsi bərabərləşib və onlardan hər hansı birini fərqləndirmək çətindir. “Çox güclü komandalar var – Azərbaycan, Serbiya, İtaliya, Hollandiya, Polşa, Bolqarıstan, Türkiyə. Onların hamısı Avropa çempionu titulunu bizdən almaq istəyirlər”, - deyə K.Uşakov bildirib. Onun sözlərinə görə, komanda Bakıya yaxşı voleybol oyunu göstərmək və yaxşı nəticələrə nail olmaq məqsədilə gəlib.
“Demirəm ki, məqsədimiz tutulu qorumaqdır. Bizim üçün əsas məsələ layiqli oyun, keyfiyyətli voleybolumuzu nümayiş etdirməkdir. Gəlmişik ki, hər matçda oynayaq və qələbə qazanaq. Heyətimiz optimaldır və itki yoxdur”, - deyə K.Uşakov qeyd edib. Analoji fikri Bolqarıstan yığmasının kapitanı Elitsa Vasilyeva da söyləyib: “Bu çempionatda çox güclü komandalar var ki, onlara uduzmaq da olar, qalib gəlmək də. Biz çox güclü qrupda yer alırıq. Nisbətən zəifi Ukrayna yığmasıdır. Lakin onlar da ciddi rəqiblərdir. Əsas məsələ qrupdan çıxmaqdır”.
Xatırladaq ki, Azərbaycanın Gürcüstanla birlikdə təşkil etdiyi Avropa çempionatı sentyabrın 22-dən başlayacaq. On gün davam edəcək turnirin qalibi oktyabrın 1-də müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB