“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyalı məşqçi kursu ilə əlaqədar Serbiyaya yollanıb. SİA-nın məlumatına görə, 39 yaşlı çalışdırıcı təcrübə proqramının növbəti mərhələsini “Voyvodina”nın düşərgəsində keçirəcək. Bu, 18-21 sentyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq məşqçinin UEFA-nın PRO kateqoriyalı kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB