Qadın voleybolçularımız İtaliya yığmasına qalib gəlib

Qadın voleybolçularımız İtaliya yığmasına qalib gəlib

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçını keçirib. Belə ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə üçüncü dəfə görüşüblər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandamızın İtaliya voleybolçuları ilə əvvəlki iki görüşü rəqibin xeyrinə başa çatmışdı - 3:0 və 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə