Messi 2021-ci ilə qədər müqavilə imzalayıb

Messi 2021-ci ilə qədər müqavilə imzalayıb

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalayıb. SİA-nın xəbərinə görə, bu barədə klubun prezidenti Xosep Mariya Bartomeu məlumat verib.

O deyib ki, iyunun 30-u argentinalı hücumçu ilə müqavilənin müddətini 2021-ci ilin iyuluna qədər uzadıblar. L.Messi millinin düşərgəsindən qayıtdıqdan sonra bu, ictimaiyyətə rəsmən təqdim ediləcək.

Qeyd edək ki, Messinin "Barsa" ilə müqavilə imzalayacağı iddia edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə