Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Marlonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik icarə müqaviləsinə imza atıblar. Lakin razılığa görə, kataloniyalılar “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.
Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi “Fluminense” klubunun yetirməsidir. Braziliyalı futbolçu "Barselona"ya 2016-cı ildə transfer edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB