Məhəmmədrəsul Məcidov 1/8 finala vəsiqə qazanıb

Məhəmmədrəsul Məcidov 1/8 finala vəsiqə qazanıb

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, 91 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. M.Məcidov rəqibini 5:0 hesabı ilə məğlub edib.

Boksçumuz səkkizdəbir finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə