PSJ 10 nəfərlə "Tuluza"nı darmadağın edib

PSJ 10 nəfərlə "Tuluza"nı darmadağın edib

Fransa Liqasında 3-cü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, PSJ doğma meydanda "Tuluza" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 69-cu dəqiqəsində Marko Verattinin qırmızı vərəqə alması ilə azlıqda qalan Paris klubu qollardan 4-nü məhz 10 nəfərlə vurub. Yeni transfer Neymar oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə