Əziz Yıldırım: "Ramil iki dövlət, bir millətin övladı kimi yarışdı" AÇIQLAMA
Londonda keçirilən atletika üzrə dünya çempionatında Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin tarixi uğuru şərəfini qoruduğu “Fənərbaxça" klubunun rəhbəri Əziz Yıldırımı da təsirləndirib. SİA-nın məlumatına görə, klubun televiziyasına danışarkən səsi titrəyən Ə.Yıldırım R.Quliyev haqqında xoş sözlər səsləndirib: ”Sevincimdən ağlamağım gəlir. Belə bir övladımızın dünya çempionu olması bizi qürurlandırır. Ramilin bu uğuru Avropa çempionu olan basketbol yığmamızın nailiyyətindən daha artıqdır. R.Quliyev Türkiyə atletikasını bütün dünyaya tanıtdırdı. Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdır. Ramil bu gün iki dövlət, bir millətin övladı kimi yarışdı. Bizi qürurlandırdı. Dünyanın bütün televiziyalarında həm “Fənərbaxça", həm də Türkiyənin adını eşitdirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB