İtaliya Futbol Federasiyası Campalo Ventura ilə müqaviləni yeniləyib

İtaliya Futbol Federasiyası Campalo Ventura ilə müqaviləni yeniləyib

İtaliya Futbol Federasiyası millinin baş məşqçisi Campalo Ventura haqqında qərar verib. Apasport.az saytının məlumatına görə, 69 yaşlı mütəxəssislə müqavilənin müddəti uzadılıb. Bu barədə federasiyanın rəsmi tvitter hesabından açıqlama yayılıb. Bildirilib ki, onun yeni müqaviləsi 2020-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl “Torino”da işləmiş Ventura AÇ-2016-dan sonra millinin sükanı arxasında Antonio Konteni əvəzləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə