"Bavariya"nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Qol.az-ın xəbərinə görə, "Kicker" nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb.
Anketdə 192 səslə "Real"dan Toni Kroos 2-ci, 120 səs yığan "Borussiya"nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub. İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın 30 yaşlı çalışdırıcısı Yulian Naqelsman oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB