Qari Kehil “Çelsi”nin yeni kapitanı oldu

Qari Kehil “Çelsi”nin yeni kapitanı oldu

“Çelsi”nin yeni kapitanı müəyyənləşib. Qol.az-ın xəbərinə görə, yeni mövsümdən kapitan Qari Kehil olacaq. Bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Antonio Konte deyib. İngiltərə millisinin üzvü 2012-ci ildən London klubunda çıxış edir. O, “Çelsi”də 238 oyuna çıxıb və 25 qol vurub.

Qeyd edək ki, indiyədək “Çelsi”nin kapitanı ötən ay “Aston Villa”ya keçən Con Terri idi.

Bütün xəbərlər Facebook səhifəmizdə