Xames Rodriqez: "Bavariya"da arzularımı reallaşdırmağa çalışacağam"

Xames Rodriqez: "Bavariya"da arzularımı reallaşdırmağa çalışacağam"

Xames Rodriqez "Bavariya"nın futbolçusu kimi mətbuat konfrnasında medianın önünə çıxıb. SİA-nın məlumatına görə, kolumbiyalı futbolçu yeni təcrübəyə hazır olduğunu bildirib: "Belə böyük klubun bir hissəsi olduğuama görə şadam. Hər kəs "Bavariya"nın nə olduğundan xəbərdardır. Bu, yeni mədəniyyət, yeni klub və həyat tərzidir. Burada uğurlara nail olmaq və arzularımı reallaşdırmağa çalışacağam".

Qeyd edək ki, Rodriqez Daniel Sebalyosun "Real"a transferindən sonra Madrid klubunu tərk etmək qərarına gəlmişdi. O, 2 il "Bavariya"da icarə əsasında çıxış edəcək. Xames 11 nömrəli formanı seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə