"Səbail" - "Sumqayıt" oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

"Səbail" - "Sumqayıt" oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir. Klubun saytında yer alan xəbərə görə, hazırlıq prosesinin birinci mərhələsi çərçivəsində komanda növbəti yoxlama oyununu "Səbail"ə qarşı keçirəcək. Matç iyulun 8-i saat 18:00-da başlayacaq. Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk yoxlama oyunu 2:2 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə