"Fənərbaxça" Azərbaycanın mərkəzi arenasında "Qalatasaray"a qalib gəldi

Bu gün saat 13:00-da "İdman Azərbaycan" kanalı hazırladığı yeni veriliş üçün azarkeş, müğənni və futbolçulara Türkiyə klublarının formasını geyindirib. "Bakı" klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Qalatasaray" formasını "UltrAslan-Azərbaycan" dərnəyinin başqanı Ceyhun Əzizli, "Bakı"nın braziliyalı futbolçusu Jaba və meyxana ustası Vüqar geyinib. "Fənərbaxça" tərəfdə isə "Bakı"nın oyunçusu Vaqif Cavadov, müğənni Rüfət Mehdiyev və bir "fənərbaxça"lı azarkeş çıxış edib. "Qalatasaray" və "Fənərbaxça" Tofiq Bəhramov adına Respublika stadionunda penaltilərlə sınağa çəkilib. Şou məqsədi daşıyan verlilişin qalibi isə Vaqif Cavadovun formasını geyindiyi "Fənərbaxça" olub. Əyləncəli proqramın yaxın günlərdə efirə verilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...