“Qalatasaray” 3-cü əcnəbi transferini ictimaiyyətə açıqlayıb. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, “Sao Paulo”nun futbolçusu Maykon dünən axşam “sarı-qırmızılılar”la 4 illik müqavilə imzalayıb. "Cim-bom" 29 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün Braziliya klubuna 7 milyon avro ödəyib. Maykon ötən mövsüm "San Paulu”da 44 oyuna çıxıb və 3 qol vurub.
Qeyd edək ki, "Qalatasaray" yay transfer pəncərəsində hücumçu Bafetimbi Qomis və yarımmüdafiəçi Yunes Belhandanı da heyətinə cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB