86 ildə ilk dəfə La Liqaya vəsiqə qazandı

86 ildə ilk dəfə La Liqaya vəsiqə qazandı

La Liqaya yüksələn növbəti komanda müəyyənləşib. SİA-nın məlumatına görə, "Jirona" Sequndanın 41-ci turunda səfərdə “Saraqosa” ilə 0:0 hesablı heç-heçə edib. Bu nəticə ilə 2-ci yeri özünə təmin edən Kataloniya klubu 86 illik tarixi ərzində ilk dəfə La Liqaya vəsiqə qazanıb.

Xatırladaq ki, “Jirona”dan əvvəl “Levante” də La Liqaya vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə