Qadın voleybolçularımız İsrail millisinə qalib gəlib

Qadın voleybolçularımız İsrail millisinə qalib gəlib

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunda üçüncü gündə sonuncu görüş Azərbaycan və İsrail milliləri arasında baş tutub. Azərbaycan komandası oyunda 3:0 hesabı ilə qalib gəlib. İlk setdə Azərbaycan komandası 25:9 hesabı ilə asan qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən ikinci setdə Azərbaycan komandası 25:14 hesabı ilə üstün olub. Üçüncü seti də qələbə (25:18) ilə başa vuran Azərbaycan komandası matçda qalibiyyətini rəsmiləşdirib.

Hazırda Azərbaycan və Hollandiya milliləri 9 xalla “E” qrupunda liderdirlər. Ukrayna milli komandası 6 xalla ikinci, İsrail 3 xalla üçüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.

Azərbaycan millisi növbəti oyununu iyunun 3-də saat 17.30-da Hollandiya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə