Bu gün səhər saatlarında "Bakı" klubuna "Anji" futbol klubundan məktub daxil olub. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 06 sentyabr 2010-cu il tarixdə, 419 saylı rəsmi məktubda "Anji" futbol klubu Bakıda keçirilməli olan "Bakı" - "Anji" oyununa gələ bilmədikləri üçün klub rəhbərliyindən üzr istəyib və gələcəkdə klublar arasında əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib. Sənəddə səfərin "Anji" nin 7 əsas heyət üzvünün Azərbaycana gələ bilməyəcəyi səbəbi ilə baş tutmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...