"Qəbələ" "Turan"la oyuna tam heyətlə hazırlaşacaq

"Qəbələ" "Turan"la oyuna tam heyətlə hazırlaşacaq
"Qəbələ" klubu Azərbaycan Premyer Liqasının V turunda "Turan"la keçirəcəyi oyunun hazırlıqlarına gələn həftə start verəcək. SİA-nın xəbərinə görə, bu barədə klubdan Peşəkar Futbol Liqasına məlumat verilib. Məlumata görə, komanda sentyabrın 6-da Qəbələdə bir araya gələcək. Heyətdə zədəli futbolçunun olmaması "Turan"la oyuna tam heyətlə hazırlaşmağa imkan verir.
Oyundan bir gün öncə Qəbələni tərk edəcək komanda Gəncə şəhərində məskunlaşacaq. Elə həmin gün "Qəbələ" komandasının Tovuz şəhər stadionunda oyunöncəsi son məşq keçməsi planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının V turunun "Turan" - "Qəbələ" oyunu şənbə günü sentyabrın 11-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə