Anna Qurbanova Dunya Kubokunda zədələnərək yarışlardan kənarda qalıb
İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya kuboku yarışları başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yarışlarda iki Azərbaycan gimnastı iştirak edib. Sonuncu gün dörd ayrı-ayrı final keçirilib. Aliyə Qarayeva finalların 3-də iştirak edib. Aliyə özünün ən yaxşı nəticələrini ip (27.25 xal) və halqa ilə (27.675) tapşırıqları yerinə yetirərkən göstərib və altıncı yeri tutub. Qarayeva lentlə tapşırığa görə 25.075 xalla qiymətləndirilib və finalçıların səkkizliyini qapayıb. İdmançımız çoxnövçülükdə isə yeddinci yeri tutub.
Digər Azərbaycan gimnastına gəldikdə, təsnifatda Samirə Mustafayevanın yekun mövqeyi 79 iştirakçı arasında 31-ci olub. Proqramın bütün növləri üzrə turnirin qalibi isə rusiyalı Yevgeniya Kanayeva olub.
Pesaroda Anna Qurbanova da çıxış etməli idi. Lakin o, yarışların başlaması ərəfəsində kiçik xəsarət aldığından məşqçilər gimnastı turnirə buraxmağa risk etməyiblər.
Üç həftədən sonra Moskvada start götürəcək Dünya çempionatının məşqi isə İsrailin Holon şəhərində keçiriləcək. Sentyabrın 3-5-də orada Qran-pri silsiləsindən növbəti turnir və açıq beynəlxalq çempionat baş tutacaq. Yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva və tərkibinə Ceyla Quliyeva, Ayelita Xələfova, Nigar Əbdüsəlimova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovanın daxil olacaqları qrup komandası iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB