"Bakı-2017": Məhəmməd Müslümov qızıl medal uğrunda yarışacaq

"Bakı-2017": Məhəmməd Müslümov qızıl medal uğrunda yarışacaq

Azərbaycan güləşçisi Məhəmməd Müslümov IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq. SİA-nın məlumatına görə, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 41 saniyə ərzində 10:0 hesabı ilə qələbə qazanıb və finala yüksəlib. Yarımfinalda onun rəqibi Əfqanıstan təmsilçisi Malik Can Sadid olub.

Nurməhəmməd Hacıyev (97 kq) isə ilk görüşündə türkmənistanlı Yusup Melecayevə qalib gələrək yarımfinala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə