Boksçumuz İslamiadanı gümüş medalla başa vurub

Boksçumuz İslamiadanı gümüş medalla başa vurub

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında mübarizə aparan Rauf Rəhimov (81 kq) qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gəlib. Görüşdə 1:4 hesabı ilə məğlub olan boksçumuz İslamiadanı ikinci sırada başa vurub.

Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ yarışda üçüncü pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə