“Bakı-2017”: Voleybol yarışlarının səkkizinci günündə qadınların mübarizəsinə yekun vurulacaq

“Bakı-2017”: Voleybol yarışlarının səkkizinci günündə qadınların mübarizəsinə yekun vurulacaq

Mayın 18-də "Bakı Crystall Hall"da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının səkkizinci gününə start verilib.

SİA xəbər verir ki, gün ərzində dörd oyun keçiriləcək. İlk qarşılaşmada kişilərin yarışında "B" qrupunda yer alan İranın və Əlcəzairin kişi voleybol yığmaları mübarizə aparırlar.

Növbəti görüşdə Səudiyyə Ərəbistanının və Mərakeşin kişilərdən ibarət milli komandaları üz-üzə gələcəklər.

Günün ikinci yarışında qadınlar arasında voleybol yarışına yekun vurulacaq. Tacikistan və Qırğızıstan milliləri bürünc, Azərbaycan və Türkiyə yığma komandaları isə qızıl medal uğrunda yarışacaqlar.

Kişilərin yarışına mayın 21-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə