Almaniya və İngiltərə yığmaları yoxlama oyunu keçirəcək

Almaniya və İngiltərə yığmaları yoxlama oyunu keçirəcək

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya İngiltərə ilə yoxlama oyunu keçirəcək. "Daily Mail" nəşrinin yazdığına görə, qarşılaşma noyabrda Londonun "Uembli" stadionunda keçiriləcək. Bu, sözügedən komandalar arasında son bir il yarım ərzində oynanılacaq üçüncü yoxlama görüşü olacaq.

Qeyd edək ki, ötən ilin martında İngiltərə Berlində Almaniyaya 3:2 hesabı ilə qalib gəlib. Bu ilin martında Dortmunda da keçirilən matçda da komanda 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə