"Komandam startdan mənə kömək etməyə başladı. Nəticədə 7-ci yeri tutaraq, liderliyimi qorudum". SİA-nın məlumatına görə, bunu "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov "Tour d`Azerbaidjan" veloturunun 4-cü mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Rusiyalı legioner 5 mərhələnin yekununda qalib olacağına ümid etdiyini bildirib: "Sabah sonuncu mərhələdir. Velosiped idmanında çox şeyi planlaşdırmaq olmur. Ümid edirəm ki, xoşbəxtlik bizim tərəfdə olacaq".
K.Pozdnyakov yürüş ərzində (İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə) çox maraqlı mənzərələrlə rastlaşdığını və bu zonanın gözəl təbiətinin olduğunu da əlavə edib.
Dördüncü mərhələnin qalibi Edvin Avila isə özünü çox xoşbəxt hiss etdiyini söyləyib: "Birinci yeri tutduğum üçün sevinirəm. Üzüaşağı yer olduğu üçün sürət də yüksək idi. Maraqlı yürüş oldu".
Beşinci mərhələ mayın 7-də Bakının mərkəzi küçələrində keçiriləcək. Kolumbiyalı velosipedçi sabahkı mərhələnin fiziki hazırlığı yüksək olan velosipedçilər üçün əlverişli olduğunu vurğulayıb. Bu səbəbdən, Avila yenidən qalib olacağına ümid etdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB