Rusiyalı tennisçi Mariya Şarapova diskvalifikasiyasının qüvvədə olma müddəti başa çatdıqdan sonra ilk rəsmi görüşünü keçirib. SİA-nın məlumatına görə, tennisçi Almaniyanın Ştutqart şəhərində keçirilən WTA (Qadın Tennisçilər Assosiasiyası) turnirinin ilk raundunda italiyalı Roberta Vinçiniyə qalib gəlib - 7:5, 6:3. O, növbəti mərhələdə həmyerlisi Yekaterina Makarova ilə qarşılaşacaq.
Qeyd edək ki, Mariya Şarapova 2016-cı ilin iyununda meldoniumdan istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası tərəfindən 2 illik diskvalifikasiya edilib. Oktyabrda İdman Arbitraj Məhkəməsi onun cəzasını 15 aya endirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB