Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" superturnirində ilk tura start verilib. SİA-nın məlumatına görə, Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş yarışda ilk gedişi Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib. O, Uesli So - Şəhriyar Məmmədyarov görüşündə ağ fiqurlarla oynayan ABŞ şahmatçısı əvəzindən E4 gedişi edib.
İlk turdakı rəqibləri nəzərinizə çatdırırıq:
1. Radoslav Voytaşek (Polşa) - 10. Vladimir Kramnik (Rusiya)
2. Veselin Topalov (Bolqarıstan) - 9. Maykl Adams (İngiltərə)
3. Uesli So (ABŞ) - 8. Şəhriyar Məmmədyarov (Azərbaycan)
4. Sergey Karyakin (Rusiya) - 7. Pentala Harikrişna (Hindistan)
5. Pavel Elyanov (Ukrayna) - 6. Teymur Rəcəbov (Azərbaycan)
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilir və 9 turdan ibarətdir. Turnirə aprelin 30-da yekun vurulacaq.
2014 və 2015-ci illərdə "Shamkir Chess"in qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub. Bu turnir dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.






.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB