İyunda Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi yarışında iştirak edəcək könüllülər üçün təlim təşkil edilib. Formula-1 Azərbaycan Qran-prisi yarışı üçün 10 min yerli və xarici könüllü müraciət edib. Amma təşkilat komitəsi üç min gənc könüllünü yarışa cəlb edib. Onların yarışa tam hazırlığı üçün müxtəlif təlimlər keçirilir.
SİA-nın məlumatına görə, könüllülər ümumi təlim, rol üzrə təlim və məkan üzrə təlim olmaqla, üç mərhələdə təlim keçirlər. Ümumi təlimdə onlar Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, ümumiyyətlə, Formula-1 yarışları haqqında məlumatlar alır, komanda işini inkişaf etdirmək üçün müxtəlif çalışmalarda iştirak edir, tapşırıqlar yerinə yetirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB