Qaret Beyl "Bavariya" ilə cavab oyununu buraxacaq?

Qaret Beyl "Bavariya" ilə cavab oyununu buraxacaq?

"Real"ın futbolçusu Qaret Beyl futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab oyununu buraxa bilər. Bu barədə İspaniya mətbuatı yazılar dərc edib. İspaniyalı həmkarlarımızın yazdığına görə, Münhen klubu ilə ilk matçda zədələnən uelsli yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. Onun La Liqanın 32-ci turunda "Sportinq"lə görüşü buraxacağı dəqiqləşib. Beylin "Bavariya" ilə matça kimi hazır olub-olmayacağı məlum deyil.

Qeyd edək ki, "Real" - "Bavariya" oyunu aprelin 18-i "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə